Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Boşandıqdan sonra qohumlarımla münasibətim..."

"Boşandıqdan sonra qohumlarımla münasibətim..."

2023-04-03 , 11:35

"Yanlış evlilik bütün ömrüboyu uduzmaq deməkdir. Öz taleyimdə bunu yaşadım. İlk gün hiss etmişdim ki, bu, düzgün evlilik olmadı. Xoşbəxt olmaq üçün çox nüanslar var. Məni həyatda çox xoşbəxt edən amillər var. Bəlkə, ona görə də təsir altına düşmədim".

Yenilik.az xəbər verir ki, bu sözləri əməkdar artist Könül Kərimova "Günaydın, Azərbaycan" verilişində deyib. Həyat yoldaşı Rəhimlə ayrılmasından danışıb:
"Düzgün seçim etməyəndə nə qohumluq, nə yadlıq buna baxır. Ayrılıq qohumluq münasibətimizə təsir etmədi. Hər kəs normal qarşıladı. Hətta dedilər ki, sağ ol, normal, təmkinlə qarşıladın".
Xatırladaq ki, K.Kərimovanın həyat yoldaşı xalası oğlu olub. Onlar bir neçə il əvvəl boşanıb. Könül xanımın bir qız, bir oğul övladı var.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.