Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ayseldən ETİRAF: “Günü bir manata salonda işləyirdim”

Ayseldən ETİRAF: “Günü bir manata salonda işləyirdim”

Ayseldən ETİRAF: “Günü bir manata salonda işləyirdim”
2023-04-06 , 13:44

“Anama kömək etmək üçün salonların birində köməkçi işləmişəm. Həmin vaxt universitet məsələm var idi, anama yardım etməli idim. Yanımızda salon var idi. Dedim ki, gedib işə düzəlim. Nə qazansam, dəstək olar”.
Yenilik.az xəbər verir ki, bu sözləri “MTV xəbər”ə açıqlamasında müğənni Aysel Əlizadə deyib.
Bir zamanlar şəxsi həyatında maddi sıxıntılar yaşayan Aysel günü bir manata salonda çalışdığını etiraf edib:
“Salondakı xanımın da köməkçiyə ehtiyacı yox idi, amma ürəyi ağrımışdı, günə 1 AZN verirdi. Saç kəsirdilər, mən də süpürürdüm və 1 AZN qazanırdım. O pul mənim üçün çox böyük məbləğ idi”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.