Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Ömrümün sonuna kimi bir ərlə yaşamaqdan bezərəm"

"Ömrümün sonuna kimi bir ərlə yaşamaqdan bezərəm"

2023-04-09 , 17:32

Aktrisa Pərvin Abıyeva açıqlaması gündəmə gəlib. 

Yenilik.az xəbər verir ki, aktrisa instaqramda canlı yayımda ailə qurmaqdan danışıb. Sualları cavablandıran Pərvin bunları deyib:
"Bir kişiylə eyni evdə yaşaya bilmərəm. Özünü öldür bir ay dözərəm. Lap çox olsa, dava, qırğınla 1 il qalaram. Söz götürmürəm, normal insan deyiləm. Vaxt keçdikcə də, insanın xarakteri oturuşur. 32 yaşım var, düşünmürəm ki, hansısa kişiylə, ərlə ömrümün sonuna kimi bir evdə yaşayım. Bir insanla bir evdə yat, gəz, səhər, axşam onu gör. Bezərəm. İnsan üçün darıxmağı sevirəm. Hər gün yanımda olsa, vay". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.