Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Oksana arzularını reallaşdırmaq üçün nələr edir?

Oksana arzularını reallaşdırmaq üçün nələr edir?

Oksana arzularını reallaşdırmaq üçün nələr edir?
2023-04-16 , 14:40

“İstək ilə nəticə arasında keçilməz bir uçurum var ki, onu ancaq qüvvətli simalar keçə bilirlər”.

Yenilik.az xəbər verir ki, Cəfər Cabbarlının bu sözlərini instaqramda aktrisa Oksana Rəsulova paylaşıb. O, izləyicilərinə arzularını reallaşdırmaq üçün tövsiyələrini çatdırıb:
“İstəkərinizi sağlam şəkildə yaxşı nəticələndirmək üçün nə edirsiz? Mən bunları edirəm…Öncə Allaha dua edib ondan istəyirəm, şükür edirəm. Bütün varlığımla o istək, arzuma çatmaq istəyirəm. Qarşıma sağlam məqsəd qoyuram və ona tərəf addımlayıram. Hər zaman bu istiqamətə yaxşı pozitiv enerji bəxş edirəm, yaxşı düşünürəm, pis fikirləri çalışıram, rədd edim. Ətrafımı da düşünürəm, amma müəyyən vaxtlarda. Həyatımda bəzi şeyləri yaxşı tərəfə dəyişdirirəm. Çətinliklər olsa, əsla depressiyaya düşməyib, özümdə güc tapıb ümidlə davam edirəm.

İnanın, sonda istədiyimi əldə edirəm, bəzən olur ki, alınmır. Amma mücadilə edirəm, onda başa düşürəm ki, deməli, bu səhv istək imiş. Mənim xeyirimə deyilmiş. Çünki bu həyatda, ən yaxşısını sənin üçün Allah bilir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.