Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xoşqədəm Rövşanəyə söz atdı

Xoşqədəm Rövşanəyə söz atdı

Xoşqədəm Rövşanəyə söz atdı
2023-04-17 , 11:56

Aparıcı Xoşqədəm Hidayətqızı  əməkdar artist İlkin Əhmədov və aparıcı Rövşanə Ağasəfqızı arasındakı qalmaqala münasibət bildirib.

Yenilik.az xəbər verir ki, o, bu barədə aparıcısı olduğu “Günaydın Azərbaycan” verilişində danışıb. Xanəndəni proqrama qonaq dəvət edən Xoşqədəm onun ünvanına təriflər yağdırıb:
“Sən fikir vermə. İlkin o qədər dəqiq biridir ki… Yadımdadır, İlkini şənbə günü efirə çağırmışdıq. Təsəvvür edin, ikinci günü zəng vurub söylədi ki, ola bilər şənbə günü verilişinizə gecikim, həmin gün dərsim var, efirdə problem yaranmasın. Dedi ki, mənə görə isə istəmirəm problem yaşayasınız. Bax, bu dərəcədə İlkin dəqiq və məsuliyyətlidir. Hər zaman deyirəm ki, belə bir insanlara hörmət etmək lazımdır. Bura televiziyadır və bu cür məsələlərə diqqətlə yanaşmaq özü böyük işdir”.
İlkin isə onun sözlərinə "Siz hər zaman insanların həm xeyrinə, həm də şərinə yarımışsınız. Sevə-sevə sizin verilişinizə gəlirəm. Elə verilişlər var ki, ora getməsən daha yaxşıdır. Amma sizin verilişinizə dəstək verməliyik və kömək etməliyik" reaksiyasını verib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.