Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mətanət İsgəndərli: “Ölümlə üz-üzə idim”

Mətanət İsgəndərli: “Ölümlə üz-üzə idim”

Mətanət İsgəndərli: “Ölümlə üz-üzə idim”
2023-04-30 , 01:18

“Ömrüm boyu artıq çəki ilə mübarizə aparmışam. 30 ildir sənətdəyəm. Gənclik illərimdə arıq olmuşam. Amma bir çəkidə heç zaman qalmamışam. Dörd dəfə öz gücümə 35 kilo çəki atıb arıqlamışam. 


Amma son vaxtlar çox çəki aldım. Onsuz da artıq çəkili idim. Pandemiya zamanı həkimlər deyirdi ki, yaxşı qidalanın, immunitet güclü olsun. Hər zaman da rejimimi saxlayırdım ki, əndazədən çıxmayım. Amma pandemiyada bu rejimi qoruya bilmədim.Yeyirdim.” 

Bu sözləri əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Xeyirli axşamlar” verilişində deyib. 

Moskvada COVID-19 infeksiyasına yoluxan müğənni ölümlə savaşdığı günlərini xatırlayıb. O, bildirib ki, başına gələn hadisələr səbəbi ilə çəkisi 107 kiloqrama qədər yüksəldiyi üçün məcburi mədəkiçiltmə əməliyyatı olunub: 

“Pandemiyada koronavirusa yoluxdum. Xəstəliyi çox ağır keçirdim. Ölümlə üz-üzə idim. 19 gün Moskvada reanimasiyada yatdım. 9 gün isə necə olduğumu belə xatırlamıram. Özümdə olmamışam. Həkimlər söylədilər ki, pəhriz saxlamamalısan, yemək yeməlisən, immunitet qalxsın. Ölmək istəmirsənsə, yeməlisən. İştaham yox idi. 
Sonra qolum sındı. Hərəkət edə bilmədim. Daha sonra atamı itirdim. Stress, depressiya... Nəticədə, çəkim oldu 107 kiloqram. O çəkidə məni çox az insan gördü. Dəhşətli vəziyyətdə idim. Ayaq üstə dura bilmirdim, belim ağrıyırdı. Nə yata, nə qalxa bilirdim. Özümə dedim ki, belə yaşamaqdansa, ölmək daha yaxşıdır. 

Mədəkiçiltmə əməliyyatı keçirdim. Əməliyyat çox riskli idi. Şükür ki, hər şey yaxşı oldu. Hər zaman yeməkdən qorxmuşam.

Hər zaman bir gözüm ac, bir gözüm tox olub. “Tox evin, ac pişiyi” olmuşam. Amma iştaham hər zaman yaxşı olub. Koronavirusdan sonra bu həyata çox bağlandım. Ölümümü gördüm və hiss elədim. İndiki halıma şükür edirəm. Başıma nə gəlirsə deyirəm ki, yadına sal... Nəfəs ala bilmirdim, qışqırırdım, boğulurdum. Dəhşətli idi. Elə bil ki, səni dənizdə boğurlar, amma ölmürsən”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.