Elza Seyidcahan: "Maykl Ceksonla mənim xasiyyətim bənzəyirdi"

"Maykl Ceksonun şəkillərinə baxanda görürəm ki, o da taykeş corablar, ayaqqabılar geyinib. Onun xasiyyətini də özümə bənzədirəm: necə sadə, təvazökar, xidmət edəndir. Son illər dərk etmişəm ki, bizim xasiyyətimiz bənzəyib".
E.Seyidcahan aparıcı Tural Əsədovun "Hər zaman demişəm ki, vaxt gələcək və sizin şeirləriniz dərsliklərə salınacaq, bunu zarafat etmirəm" sözlərinə "Artıq olunub. Dərsliklər deməzdim. Dramaturqlarımız, yazarlarımız öz antologiyasında mənim haqqımda yazırlar" cavabını verib.
Seyidcahan Azərbaycanda repin yaradıcı özünün olduğunu söyləyib:
"Repin ilk yaradıcısı mənəm. Anar Nağılbaz tək oxudu. "İncimə" mahnımda ilk dəfə Emin Əfrasiyab orkestrdə idi. Dedim, burada rep görürəm və etməliyəm. Mahnılarda ilk dəfə rep deyən mən oldum".
OXŞAR XƏBƏRLƏR