Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Əməkdar artistin vəziyyəti ağırdır 

Əməkdar artistin vəziyyəti ağırdır 

Əməkdar artistin vəziyyəti ağırdır 
2023-05-11 , 11:29

Əməkdar artist Elxan Qasımovun səhhəti pisləşib.

BAKU.WS xəbər verir ki, aprelin 7-dən 8-nə keçən gecə aktyorun qəfildən vəziyyəti ağırlaşıb və o, təcili olaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə BAKU.WS-ə Elxan Qasımovun qızı Kəmalə xanım məlumat verib. O bildirib ki, hazırda xəstəxanada olan atası xeyli qan itirib və ona qan köçürülür:
"Təxminən gecə saat 3 radələri idi. Atam dedi ki, belim ağrıyır onun da ağırısı ayağıma vurur. Yeriyə bilmirəm. Mən özüm də həkiməm. Başa düşdüm ki, ağrı onun qarın boşluğundadır. Radikuliti nəzərdə tuturam. Hər zamankı kimi ağırkəsici iynə vurdum. Həmişə ağrıları olanda belə edirdim. Sonra gördüm vəziyyəti düzəlmir, daha da pisləşir. Soyuq tər gələndə artıq təcili yardıma xəbər verdik.
Qarın boşluğundakı ağrılarla zarafat etmək olmaz. Atamda Aorta anevrizması qarın boşluğuna partlayıb. Külli miqdarda qan itirib. Artıq xəstəxanaya aparanda dedilər ki, yaşama şansı çox azdır. Gec gətirmisiniz. 90% həyati təhlükəsi var. Amma həkimlər əməliyyat etdilər. Orqanları uzun müddət qansız qaldığı üçün fəaliyyətini dayandırmaq həddinə gəlib. Böyrəklərini, əsas da beyni bərpa etmək lazım idi. Biraz böyrəklərdə irəliləyiş var. Beynində isə irəliləyiş yoxdur. Ona xeyli qan vurulur. Orqanizmi çox qan itirib".
Xatırladaq ki, Qasımov "Əhməd haradadır" filmində "sürücü Əhməd" rolunu oynayıb.


 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.