Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Cavanşir Məmmədov qəzəbləndi: "Utansın, yerə girsin ki..."

Cavanşir Məmmədov qəzəbləndi: "Utansın, yerə girsin ki..."

Cavanşir Məmmədov qəzəbləndi: 
2023-05-16 , 16:17

Sosial şəbəkələrdə və mediada “Cavanşir Məmmədov toyda öldü” başlığı ilə xəbərlər yayılıb.
 
Lakin rəhmətə gedən Əməkdar artist Cavanşir Məmmədov yox, başqa bir vətəndaşdır. Oxucular isə həmin şəxsin müğənni Cavanşir Məmmədov olduğunu düşünərək xəbərə daxil olur və bunun xəbəri oxutmaq üçün bir “fənd” olduğunu anlayırlar. Əksəriyyət mətbuatı bu sayaq sərlövhələrdən çəkinməyə çağırır.
 
Yenilik.az “Sherg.az”a istinadən xəbər verir ki, Əməkdar artist sözügedən xəbərlərə qəzəblənərək bunları söyləyib:
 
“Mən açıqlama vermirəm. Öldü? Ölməmişəm ki? Başqa adamdır, bilmirəm. Sağam. Yazıblar, cəhənnəmə yazsınlar.
 
Yazan adam məhkəmədə cavab verə bilər. Bunu məndən eşitdiz. Yazan adamı tapın. Nə münasibət öyrənəcəksiz? Görürsüz ki, danışan özüməm. O adamdan danışın ki, utansın, yerə girsin ki, sənətkarı diri-diri öldürürsən. Necə ki, Zeynəb Xanlarova və başqaları haqda belə xəbərlər yaydılar. Mənim ömrümü uzadıb, onun yalanı ortaya çıxıb. İlhamə Quliyeva da sağ olanda belə şeylər çıxırdı. Bəsdirin! Tüpürüm yazılarına da... O vaxt elə bilərlər ki, tanınmış müğənni Cavanşir Məmmədov yazsınlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.