"Oyunu oynayanların maskası sınacaq" - Rəşad Dağlının oğlu danışdı

Həbsdə olan meyxanaçı Rəşad Dağlının ailəsi açıqlama yayıb.
"Mənə hər zaman öyrədirdin ki, kişi olan adam kişinin arxasınca danışmaz. Allahın ədaləti böyükdür. Ən yaxın zamanda maskalar töküləcək, buna inanıram.
Allahın ədalətinə qurban olum. Oyunu oynayanların maskası sınacaq. Siz də görəcəksiniz şərəfsizləri" deyə, paylaşımda bildirilib.
Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR