Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Lökbatanda qanunsuz tikilən evlər: İcra başçısı sualı eşidən kimi telefonu söndürdü

Lökbatanda qanunsuz tikilən evlər: İcra başçısı sualı eşidən kimi telefonu söndürdü

Lökbatanda qanunsuz tikilən evlər: İcra başçısı sualı eşidən kimi telefonu söndürdü
2023-04-04 , 01:52

Qaradağın Lökbatan qəsəbəsində, Lökbatan gölünün bir addımlığında yerləşən göl ərazisinin torpaqla doldurularaq vətəndaşlara tikinti üçün satılması ilə bağlı görüntülər yayımlanıb.
Baku TV mövzu ilə bağlı rayonun icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla əlaqə saxlayıb.
İcra başçısı ona ünvanlanan sualı eşitdikdə dərhal telefonu söndürüb.
Qeyd edək ki, sözügedən ərazidə tikilən evlərin sayı çoxdur.
Daha ətraflı süjetdə:
Qaradağ İcra Hakimiyyətinin mövqeyi:
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilmiş monitorinq nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1A massivi ünvanında (Lökbatan gölünün ətrafında) torpaq sahələrinin ayı-ayrı şəxslər tərəfindən zəbt olunaraq tikinti işlərinin aparılması faktları aşkar edilmişdir.
Məsələ ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, həmçinin Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Lökbatan bələdiyyəsinin əməkdaşları tərəfindən yerində aparılan araşdırma nəticəsində Lökbatan qəsəbəsi, 1A massivi ünvanında dövlətin müstəsna mülkiyyətində olan əraziyə tikinti materialı (mişar daşı) boşaldılaraq torpaq sahələrinin zəbt olunması aşkar edilmişdir. Həmçinin, zəbt olunmuş torpaq sahələrində Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə əməl etmədən hasarlanma və tikinti işlərinin həyata keçirilməsi faktları müəyyən edilmişdir. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan ünvandan tikinti materialı (mişar daşı) daşınaraq ərazi əvvəlki vəziyyətə gətirilmişdir. Həmçinin ərazidəki tikinti işləri dayandırılmış, tikinti aparan şəxslərə xəbərdarlıq edilmiş və rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində qanunamüvafiq qaydada tədbirlər görülmüşdür.
Əlavə olaraq qeyd edək ki, cari il üzrə Lökbatan qəsəbəsi ərazisində ümumilikdə 24 ədəd torpaq sahəsinin zəbt olunması cəhdinin və qanunsuz tikinti işlərinin aparılmasının qarşısı alınmışdır. Hal-hazırda da qəsəbələrdə mütəmadi olaraq qanunsuz tikililər ilə bağlı monitorinqlər təşkil edilərək nəzarət prosesi davam etdirilir.
Bundan əlavə qeyd edək ki, qanunsuz tikililərlə mübarizə işləri Qaradağ Rayon İcra Hakimiyyətinin daim nəzarətindədir və bununla bağlı mütəmadi reydlər keçirilir. Reydləri nəticəsi İcra Hakimiyyəti Başçısının sədrliyi ilə keçirilən müşavirələrdə müzakirə olunur və bu barədə ictimaiyyətə xəbər verilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.