Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xalq artistindən məşhur mahnıya ikinci nəfəs

Xalq artistindən məşhur mahnıya ikinci nəfəs

Xalq artistindən məşhur mahnıya ikinci nəfəs
2023-06-14 , 10:48

Azərbaycanın Xalq artisti Aygün Kazımova özünün TikTok hesabında izləyiciləri üçün sürpriz olan xəbəri paylaşıb. Belə ki, müğənni hələ 2000-ci illərin əvvəllərində, daha dəqiq desək, 22 il bundan əvvəl, 2001-ci ildə ifa etdiyi və həmin yay “İlin hiti” olan “Ya i tı” mahnısına ikinci həyat vermək qərarına gəlib.

Əvvəlkindən fərqli olaraq Xalq artisti mahnını bu dəfə Azərbaycan dilində ifa edəcək. Yeni aranjimanda təqdim olunacaq mahnının indi də yayın hiti olacağı gözlənilir.
Superulduzun TikTok hesabında paylaşdığı videoya aşağıdakı linkə keçid edərək baxa və mahnının hazırlanmasının sonrakı gedişatı üçün səhifəni izləyə bilərsiniz.
https://www.tiktok.com/@aygun.kazimova?is_from_webapp=1&sender_device=pc

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.