Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Ərəb şeyxi tapsam, səhnədən gedəcəm" - Xalq artisti

"Ərəb şeyxi tapsam, səhnədən gedəcəm" - Xalq artisti

2023-06-19 , 14:34

“Həyatımda inandığım dostlar var idi. Lazım olmayan şəkillər çəkdirmişdim. Onları silib atardım”. 


Yenilik.az Olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Günaydın, Azərbaycan” proqramında deyib.

O, “Həyatından hansi ili silərdin” sualına cavabında bu sözləri işlədib.

Bundan əlavə, pop ulduz aparıcı Xoşqədəm Hidayətqızının suallarını cavablandırarkən fanatı olduğu sənətçilərdən də danışıb:

“Çoxdurlar. Amma Zülfiyyə Xanbabayevanın adını çəkmək istəyirəm”.

Röya heç vaxt ailə qurmayacağını bildirib. İfaçı zarafatyana deyib ki, ərəb şeyxi taparsa, səhnədən uzaqlaşacaq.

“Çoxdandır borcum yoxdur. Ancaq dostlarıma borcluyam. İtirməkdən, tənha qalmaqdan çox qorxuram”, - deyə Xalq artisti sözlərinə davam edib. 

R.Ayxan bildirib ki, ən böyük arzusu Hüseynin ali məktəbə daxil olmasıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.