Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni yarımilyonluq maşın aldı - FOTO

Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni yarımilyonluq maşın aldı - FOTO

Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni yarımilyonluq maşın aldı - FOTO
2023-06-30 , 16:48

İllər öncə Azərbaycan nazirlərindən birinin oğlu ilə sevgi münasibətlərinin olduğunu açıqlayan türkiyəli müğənni Ebru Polat yeni avtomobili ilə gündəmə gəlib.


Yenilik.az "manset.az”a istinadən xəbər verir ki, müğənni xəyalındakı avtomobil üçün 6 milyon lirə (təxminən 736 min 800 manat) ödəyib.

E.Polat "Mercedes Gelandewagen” markalı avtomobilinə qovuşduğu anları sosial şəbəkə hesabında yayımlayıb.

Xatırladaq ki, 2016-cı ildə müğənni Türkiyənin "Kanal-1” televiziyasının ”Akşam keyfi” verilişində Azərbaycanın nazir oğlu ilə eşq macərası yaşadığını etiraf etmişdi. Ebru azərbaycanlı nazirin oğlundan əvvəl isə İstanbulun "Fənərbaxça” futbol klubunun oyunçusu Səlcuq Şahinlə iki il eşq macərası yaşadığını bildirmişdi: "Səlcuqla hələ də dostuq. Lakin hazırda qəlbim azərbaycanlı nazir oğlundadır. Bakıda olarkən 20 min avro dəyərində olan çantanı da mənə nazirin oğlu hədiyyə edib”.
 

 

 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.