Yenilik.Az
www.Yenilik.Az » Maqazin »  “Qohumlardan bir az uzaq durmaq lazımdır” - Cavan Zeynallı

 “Qohumlardan bir az uzaq durmaq lazımdır” - Cavan Zeynallı

 “Qohumlardan bir az uzaq durmaq lazımdır” - Cavan Zeynallı
2023-07-05 , 14:15

"Zəmanə elədir ki, qohumlardan bir az uzaq durmaq lazımdır. Haradan bilirsən sabah nə olacaq? Zəmanə indi fərqlidir. İndi mənə deyirlər, qohumlardan ehtiyyatlı ol. Çünki baxırlar, əməlli-başlı üçotaqlı ev, 2 balkon".

Yenilik.az xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı qonaq olduğu verilişlərdən birində deyib.
Caz ifaçısı hazırda nəqliyyat vasitəsi kimi metrodan istifadə etdiyini bildirib:

"Maşınımı satmışam. Röyada (red. -  Zeynallının mərhum həyat yoldaşı) "Nissan" var idi. Qanunları bilmirəm, sən demə vəfatından il yarım keçəndən sonra həyat yoldaşının adına keçir. Zəng etdilər ki, gəlin sənədləşdirək. Deyirəm ki, hansı maşın, satmışam. İndi metro ilə gedirəm, rahat, orada tıxac olmur. Bəzən deyirlər mənə ki, Cavan, məşhur adamsan, səni bütün xalq sevir, amma metro ilə gedirsən. Cavab verirəm ki, nə olsun?" C.Zeynallı vəsiyyətini kimə edəcəyi ilə bağlı suala belə cavab verib:
“Hələ yox. Gərək vaxt keçsin. Zaman özü göstərəcək”.
Qeyd edək ki, Zeynallının həyat yoldaşı Röya səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. O, bu ilin yanvar ayında vəfat edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.