Yenilik.Az
www.Yenilik.Az » Maqazin »  “Oliqarxlarla oturub-durmuşam, Tarkanla səhnə bölüşmüşəm” – Namiq Qaraçuxurlu

 “Oliqarxlarla oturub-durmuşam, Tarkanla səhnə bölüşmüşəm” – Namiq Qaraçuxurlu

 “Oliqarxlarla oturub-durmuşam, Tarkanla səhnə bölüşmüşəm” – Namiq Qaraçuxurlu
2023-07-08 , 22:16

Meyxanaçı Namiq Qaraçuxurlu yeni açıqlaması ilə gündəmə gəlib.

Jurnalist Pərviz Hüseynin “Pərvizlə” layihəsinə qonaq olan sənətçi şəxsi həyatı və karyerasından danışıb.
Meyxanaçı bu günə qədər zəngin sənət yolu keçdiyini bildirib:
“Sənət yolu çox zəngindir. Səbəb odur ki, mən ali təhsilli deyiləm. Mənim dəsti-xəttim o olmayıb ki, yetişib incəsənətə gəlim. Ağıla gəlməyən uğurlar qazanmışam. Bir meyxanaçı olaraq stadionda konsert vermişəm. Kremlə qədər gedib çıxmışam. Ölkədən kənarda da tanınmışam. Bunlar heç kimin ağlına gəlməzdi.
“Rəvayət”dən sonra məni Türkmənistan, Özbəkistan, Qazaxıstanda tanıdılar. Mən Azərbaycandan kənarda olan müğənnilərdən Tarkanla səhnə bölüşmüşəm. Maddi tərəfini götürsək, Qaraçuxurdan çıxan kasıb bir oğlan olmuşam, oliqarxlarla oturub durmuşam”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.