Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tanınmış teleaparıcı özünə dəbdəbəli avtomobil aldı: Sürücü tutdu - FOTO

Tanınmış teleaparıcı özünə dəbdəbəli avtomobil aldı: Sürücü tutdu - FOTO

Tanınmış teleaparıcı özünə dəbdəbəli avtomobil aldı: Sürücü tutdu - FOTO
2023-07-09 , 15:33

Tanınmış teleaparıcı Lalə Azərtaş özünə yeni model Mersedes Viano alıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, 150-200 min manat qiyməti olan yeni avtomobili xanım aparıcı özü yox, sürücüsü idarə edir.
Qeyd edək ki, Lalə Azərtaş uzun illər xəbər aparıcısı kimi tanınsa da, bir neçə ildir “Xəzər” TV-də “Təsir dairəsi” sosial layihəsini aparır. Və layihə zamanla tamaşaçılar tərəfindən kəskin tənqid olunur, Lalə Azərtaşın profilinə uyğun olmadığı müzakirə edilir.
Buna baxmayaraq, deyilənlər “Təsir dairəsi”nə və aparıcıya heç bir təsir göstərmədən yayımını qalmaqallı şəkildə davam etdirir. Layihənin kanala xeyli gəlir gətirdiyi də istisna edilmir.
Aparıcının iqtisadi imkanlarının yaxşılaşması deyilənləri bir daha sübut edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.