Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Şəbnəm: “Avtomobilini gizlincə idarə etdiyim üçün atam mənə sillə vurmuşdu” – VİDEO 

Şəbnəm: “Avtomobilini gizlincə idarə etdiyim üçün atam mənə sillə vurmuşdu” – VİDEO 

Şəbnəm: “Avtomobilini gizlincə idarə etdiyim üçün atam mənə sillə vurmuşdu” – VİDEO 
2023-07-10 , 14:30

Müğənni Şəbnəm Tovuzlu kiçik yaşlarında atasının avtomobilini ondan xəbərsiz idarə etdiyini açıqlayıb. 

Yenilik.az Bizim.media-ya istinadla xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Özəl" verilişində deyib. 
Maşına ifrat həvəsinin olduğunu bildirən Şəbnəm deyib ki, 11 yaşında valideyninin qırmızı rəngli "011"-inin sükanı arxasına əyləşib: 
"O zaman 11 yaşım vardı. Atam öz qucağında məni otuzdurub maşın sürməyi öyrətmişdi. Artıq hər şeyi bilirdim. Tək və ərköyün böyümüşəm. Çox dəcəl uşaq olmuşam. Az qalırdı ki, ayağıma zəncir bağlasınlar.
Atamın ilk şilləsi mənə 11 yaşımda vurulub. Yay ayları idi. Atamın avtomobilini burqucla açmışdım. Açar olmadığından iki naqili bir-birinə toxundurub avtomobili işə salmışdım". 
Şəbnəm bildirib ki, qohumları onun müğənni olmasına üsyan qoparsa da, atası musiqi təhsili almasına dəstək çıxıb: 
"Nənəmlə anam heç musiqi məktəbinin yanından keçməyə icazə vermirdi. Nəslimiz və ailəmiz böyük idi. Nəsildə yeganə müğənni mən idim. Qohumlarımızın hamısı ali savadlı insanlardır. Heç kim müğənni olmağımı istəmirdi. Bircə atam mənə dəstək oldu və xəlvətcə musiqi məkəbinə yazdırdı. Orada təhsil aldım və bunu heç kim bilmədi". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.