Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ayan kövrəldi: "Uşaq olmaq istəyirdim"

Ayan kövrəldi: "Uşaq olmaq istəyirdim"

Ayan kövrəldi:
2023-07-10 , 17:21

Müğənni Ayan Babakişiyeva illər sonra Gəncədə təhsil aldığı məktəbə yollanb.

Yenilik.az xəbər verir ki, ifaçı bu barədə “İnstagram” hesabında yazıb.  

"Uşaqlığıma qayıtdım. Selena və mən qəribə hislər keçirirdim. Nədənsə mən də uşaq olmaq istəyirdim. Həm təhsil aldığım orta məktəbi, həm də musiqi məktəbimi kənardan izləmək üçün getdim. Ən çətin və ən xoş günümdə belə özümü doğulduğum torpaqda, Gəncəmdə huzurlu hiss edirəm. Bilirsiz niyə? Çünkü o vaxtlar qayğı olsa belə, çox məsum idim. Bəlkə indiki zamanda bilmədən günah etmişəm, dəyər verdiyim insanların qəlbini qırmışam. Düşünürəmki, elə böyüməyin də adı budur. Heç kim mələk deyil, günahsız insan da yoxdur. Sadəcə hər zaman dediyim bir söz var. Heç kimi bilib-bilmədən qınamayın. Bilmirik biz onun yerində olsaydıq bəlkə daha çox pisliklər edib önə gedərdik. Yada daha çox insalara qarşı vicdansız və mərhəmətsiz olardıq. Yaşayın, sevin. Həyatınızı, ən çox da özünüzü sevin. Özünüzə dəyər verin ki, sizi də sevib dəyərli bilsinlər" - deyə Ayan Babakişiyeva qeyd edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.