Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Lalə, Xoşqədəm olan teleməkanda sizə baxan olmayacaq"

"Lalə, Xoşqədəm olan teleməkanda sizə baxan olmayacaq"

2023-07-25 , 15:19

"Nə edək? Lalə xanım, Cavanşir Məmmədovu dəfn edək? Onunla qərəzliyinizin sonu nə olacaq? Cavanşir bəy sizə fəxri adla baglı öz aranızda söz deyib, onu efirdə açıqladınız. Cavanşir bəy türk oğlanın "cinayət işi var" deyir, siz onu aydan arı, sudan duru kimi təqdim edirsiniz. Nə üçün?".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-aktyor Sərxan Kərəmoğlu aparıcı Lalə Azərtaşın ünvanına yazıb. O, aparıcını Əməkdar artist Cavanşir Məmmədovla yaşadığı mübahisəyə görə tənqid edib:
"Efir qaydalarına görə öncədən xəbərdarlıq etmirsiniz ki, haqqınızda bizə şikayət var. Cavanşir bəy deyir, oğlanın mənim qızımla heç bir münasibəti olmayıb. Siz isə onun qızının oğlanla qeyri-rəsmi nikahı olduğunu açıqlayırsınız. Sizin həmin adama inamınız haradan gəlir? Guya sizə Cavanşir bəyin qızının fotolarını göstərib, siz isə xalqa göstərməyi məsləhət bilmirsiniz. Guya xanımlara məsləhət verirsiniz ki, belə şəkillərinizi kimsəyə göndərməyin.
Lalə Azərtaş, birdən düşünərsiniz ki, Sərxan, sənə nə düşüb? Mən də həmin sualı sizə səsləndirirəm, sizə nə düşüb? Efirə şikayətçi gəlib, bir, iki gün dinlə və birtərəfli olma. Verilişinizin baxımlı olması üçün Cavanşir sizə lazım idi. Amma hər şeyi dadında buraxmaq gözəldir.
Məsləhət yox, sadəcə bir tövsiyyə edirəm: Siz nə etsəniz də, zəhləm getsə də bildirim ki, Xoşqədəm Hidayətqızı olan teleməkanda sizə baxan olmayacaq. Hələ mən Zaur Baxşəliyevi demirəm...Efir saatlarınız üst-üstə düşənlərin adlarını qeyd edirəm.
Sosial şəbəkələrdən gördüm ki, türk oğlan həbs edilib. Efirdə deyirsiniz ki, Cavanşir haradan bilirdi ki, o, həbs olunacaq? Günahkar sonda yaxalanmalı deyil?Peşəkarlığınız bu məsələdə məni qane etmədi. Yəqin məndən də bir peşəkar kimi inciməzsiniz".
Qeyd edək ki, Mustafa İbili Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda yaşadığını açıqlayıb. O, C.Məmmədovun ittihamlarının yalan olduğunu deyərək, "Təsir dairəsi" proqramına gəlmiş və yardım istəmişdi. Ötən gün isə Mustafaya hökm oxunub. 6 il 6 ay azadlıqdan məhrum edilən Mustafa məhkəmə zalından həbs edilib. L.Azərtaş isə məhkəmənin qərarından şübhəli olduğunu iddia edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.