Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Bir xanım var ki, sevgimi qazanır" – Tolik ailə qurmağa hazırlaşır

"Bir xanım var ki, sevgimi qazanır" – Tolik ailə qurmağa hazırlaşır

2023-07-28 , 19:43

“Bir çox məşhurun həyatı instaqramda göründüyü kimi deyil. Səmimi həyat tərzi yaşayanlar var ki, veclərinə deyil kim haqlarında nə deyir. Görməmiş müğənnilər var ki, bir bahalı yerə gedən kimi çəkib qoyurlar. Evlərinin bir guşəsini tez-tez göstərirlər. İnsanlara maraqlı deyil. Şahənşahlı həyat yaşayan müğənnilər heç onu göstərməyə ehtiyac duymur”.

Bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) instaqramda yazıb. O, izləyicilərinin suallarını cavablandırıb.
Tolik sevgi ilə bağlı suala isə “Şou-biznesdə bəziləri deyirdi ki, müğənni ilə ailə qurmarıq. Amma qurdular və xoşbəxt oldular. Son günlər bir tanınmış xanımdan xoşum gəlir. Ola bilər ki, onunla ailə qurum. Bir xanım var ki, sevgimi qazanır. O da məşhurdur. Bilmirəm… Hisslərimi bölüşə bilmirəm” cavabını verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.