Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Kamran Həsənli Manaf Ağayev, "Toylar kralı" və "incə" kişi aparıcılardan danışdı - VİDEO

Kamran Həsənli Manaf Ağayev, "Toylar kralı" və "incə" kişi aparıcılardan danışdı - VİDEO

Kamran Həsənli Manaf Ağayev,
2023-08-11 , 16:23

Baku TV-də yayımlanan “Qapqara” verilişinin budəfəki qonağı şoumen, aparıcı Kamran Həsənli olub. O, şoumenliyə birmənalı münasibət göstərilməməsindən danışıb.

Şoumenin yumor qabiliyyətinə, fəlsəfi düşüncəyə, musiqi duyumuna, siyasi biliyə malik olmasının vacibliyini vurğulayan aparıcı qeyd edib: “Azərbaycan televiziyalarındakı aparıcıların içində bir nəfər də şoumen yoxdur. Ona görə də bizdə bu obrazın mahiyyəti fərqli başa düşülür”.
K.Həsənli “Toylar kralı” müsabiqəsinə görə qınanmasına da münasibət bildirib: “Manaf həmin müsabiqədə 1 milyon 600 min SMS yığıb. Azərbaycan verilişlərində heç vaxt belə bir şey olmayıb və olmayacaq. Səs verən mən deyildim, siz idiniz. Amma məni günahlandırırsınız”.
Verilişin aparıcısının “İncə, estrogeni çox olan aparıcılarla əvəz olunmağınız da siyasət idi?” sualına isə şoumen belə cavab verib.
“Kim həyatını necə istəyirsə, elə də yaşamalıdır. Elton Con, yaxud Zeki Müren sənətkardır. Amma bəzilərinin incə olduğuna görə populyarlaşması bəladır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.