Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aynişandan haqqındakı eşq şayiələrinə REAKSİYA — FOTO

Aynişandan haqqındakı eşq şayiələrinə REAKSİYA — FOTO

Aynişandan haqqındakı eşq şayiələrinə REAKSİYA — FOTO
2023-08-28 , 14:53

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva şəxsi həyatı ilə bağlı açıqlama verib.  


Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında izləyicisindən gələn “Aynişandan yaxın zamanda eşq gözləyək?” sualına bloqerin verdiyi cavab diqqət çəkib.  

“Aynişandan bol-bol iş gözləyin. Eşq gözləməklə deyil. Amma iş nə qədər çox çalışıb, istəsən bir o qədər artar. Hər gün işimin olduğuna şükür edirəm”, - deyə A. Quliyeva bildirib.  

Qeyd edək ki, Aynişan Quliyeva 2020-ci ilin fevralın birində  fitness məşqçisi Kənan Əliyevlə ailə həyatı qurub. Həmin il dekabrın 7-də isə cütlük rəsmi olaraq boşandıqlarını açıqlamışdı.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.