Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aysunun keçmiş əri evlənir: Yeni sevgilisini üzə çıxardı - VİDEO

Aysunun keçmiş əri evlənir: Yeni sevgilisini üzə çıxardı - VİDEO

Aysunun keçmiş əri evlənir: Yeni sevgilisini üzə çıxardı - VİDEO
2023-09-11 , 15:12

Bir müddət öncə müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşanan Eşqin Cəlilov yeni münasibətə başlayıb.

Yenilik.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.
 
Bundan əvvəl əlində şərab qədəhi, həzin musiqi sədaları altında görüntülərini paylaşan Cəlilovun müzakirələrə səbəb olmuşdu. Onun paylaşımına "Daş kimi qızsan, ancaq domino daşı. Əldən-ələ keçirsən..." -  şərhi yazması hər kəsi çaş-baş salmış, keçmiş xanımı üçün darıxması söz-söhbəti doğurmuşdu.
 
Daha sonra E.Cəlilov sözügedən paylaşımını silərək, həyatında yeni adamın olduğunu açıqlayıb:
 
"Hər birinizdən xahiş edirəm ki, keçmiş həyatımla bağlı yazmayasınız. Bu söhbət bitib. Allah hər kəsi xoşbəxt eləsin! Mənim hansısa paylaşımım keçmiş həyatıma aid deyil. Açıq deyirəm, xahiş edirəm, bu mövzunu unudaq. Çünki həyatımda insan var və mən xoşbəxtəm!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.