Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Rozanın oğlunun “Instagram” və “Whatsapp” hesabları bloklandı - Video

Rozanın oğlunun “Instagram” və “Whatsapp” hesabları bloklandı - Video

Rozanın oğlunun “Instagram” və “Whatsapp” hesabları bloklandı - Video
2023-09-13 , 15:14

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor Corc Qafarovun başına xoşagəlməz hadisə gəlib.  

Yenilik.az Bizim.media-ya istinadla xəbər verir ki, o, "TikTok" sosial şəbəkə platfoması vasitəsilə videomüraciət yayımlayıb.  
Qafarov bildirib ki, Sankt-Peterburqdan Bakıya gələr-gəlməz telefonunu aktiv edən kimi "Instagram" sosial şəbəkə platformasındakı səhifəsi və "Whatsapp"dakı hesabı bilinməyən səbəblərə görə bloklanıb.  
Bu hadisədən sonra aktyor "Instagram"da yenidən səhifə açsa da, bu səhifəsi də bloklanıb.  
Aktyor yaxınlarına və dostlarına yayımladığı videomüraciətdə bildirib ki, onunla əlaqə saxlamaq üçün şəxsi nömrəsinə zəng vursunlar və ya "TikTok" və "Telegram" vasitəsi ilə mesaj yaza bilərlər. 
Videomüraciətinin sonunda Corc iddia edib ki, onun başına gələn bu hadisələr məhz Peterburqda çəkildiyi çoxserialı ekran işindən sonra baş verib.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.