Xatirənin 3000 manatlıq ayaqqabısını ələ saldılar - FOTOLAR

Müğənni Xatirə İslamın aldığı bahalı ayaqqabısı başına bəla olub.
Sənətçi sinə dekolteli köynək, qısa şort və “Versace” brendinə məxsus qızılı hündür daban ayaqqabıda çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Xatirə paylaşımına “Yazın gəlsin: nə ilə nə tutur, nə tutmur. Görəsən, bu şərhləri yazanlar stili nə dərəcədə anlayır? Boş verin, əsas mən sizi sevirəm" sözlərini yazıb.
İzləyicilərdən birinin “Bu ayaqqabının dəbi çoxdan bitib, “demode”dir” deyərək, ələ salıb. Müğənni isə “Bu ayaqqabı “Versace" 2023-cü il kolleksiyasıdır” cavabını verib.
Qeyd edək ki, sözügedən model ayaqqabının qiyməti 1800 dollardır (təxminən 3060 manat).



OXŞAR XƏBƏRLƏR