Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Əməkdar artist: “Heç zaman bədənşəkilləndirmə əməliyyatını etdirmərəm” - VİDEO

Əməkdar artist: “Heç zaman bədənşəkilləndirmə əməliyyatını etdirmərəm” - VİDEO

Əməkdar artist: “Heç zaman bədənşəkilləndirmə əməliyyatını etdirmərəm” - VİDEO
2023-10-13 , 13:52

"Aşırı dərəcədə edilən bədənşəkilləndirmə əməliyyatlarına indi də çox pis baxıram. Bundan sonra da pis baxacağam. Yəni bu mövzuda fikrimi dəyişməyəcəyəm. Özüm bədənşəkilləndirmə əməliyyatını etdirmərəm. Paltarın altında qalan şeydir... Qəribədir, axı bədənimin nəyini şəkilləndirəcəyəm?" 

Yenilik.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib. 

Sənətçi qadın həmkarlarının etdirdiyi bədənşəkilləndirmə əməliyyatlarının başlarına qaxınc edib:

"Mən bədənşəkilləndirmə əməliyyatı keçirənlərə pis baxmıram. Amma əndazəni aşmamaq şərti ilə. Yəni normasında edəsən. Mənim ağlım hər zaman başımdadır və nə danışdığımı da bilirəm, danışdıqlarımı da unutmuram. Mən daha əvvəlki müsahibəmdə də demədim ki, bədənşəkilləndirmə əməliyyatını etmək olmaz.

Pis baxıram da deməmişəm. Söyləmişəm ki, insanlarda aşırı dəyişikliklər var. Amma bu sənət aləmində müəyyən gənc qızlar var ki, çox səliqəli şəkildə bədənlərinə əl gəzdiriblər. Onlar kənardan da çox gözəl görsənirlər. Mən onlara pis baxmıram". 
Qeyd edək ki, E.Abdullayeva bir müddət əvvəl göz qapaqlarında blefaroplastika əməliyyatı etdirib və göz ətrafındakı "qaz ayaqları" qırışlarından cərrahi müdaxilə ilə azad olub. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.