Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Şəbnəm Azərbaycanı tərk edir - Video

Şəbnəm Azərbaycanı tərk edir - Video

Şəbnəm Azərbaycanı tərk edir - Video
2023-10-25 , 15:09

Müğənni Şəbnəm Tovuzlu Azərbaycanı tərk etmək niyətində olduğunu açıqlayıb. 
Yenisabah.az xəbər verir ki, Türkiyəyə yollanan ifaçı təyyarədən görüntülərini izləyiciləri ilə bölüşüb. 
O, bundan sonra tez-tez İstanbula gedəcəyini açıqlayıb:
“Bir az hər şeydən uzaq olmaq üçün gedirəm. Çox yorğunam. Ola bilsin artıq İstanbula daha çox gedib-gələm. Hətta orada yaşamağı belə düşünürəm”. 
İstanbula çatar-çatmaz alış-verişə yollanan Tovuzlu özünə 25 dəst libas aldığını bildirib:
“Hər il gəlirəm özümə buradan alış-veriş edirəm. Çox gözəl libaslar var. Bakıda 400-500 manata olan geyimlər burada 200-300 dollaradır. Özümə şoppinq etdim. Azı 25 dənə libas aldım”. 


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.