Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xalq artisti kürəkəni ilə duet oxudu - VİDEO

Xalq artisti kürəkəni ilə duet oxudu - VİDEO

Xalq artisti kürəkəni ilə duet oxudu - VİDEO
2023-10-26 , 15:25

Xalq artisti Mələkxanım Eyyubova ilə müğənni Mərdan Kazımov birlikdə ifa etdikləri "Unuda bilmirəm” mahnısını təqdim ediblər. 


Musiqisi Hacıbaba Həsənova, sözləri Novruz Gəncəliyə məxsus bəstənin klipi artıq yutub platformasına yerləşdirilib.
 
"Unuda bilmirəm”ə rejissor Alvin Mahmudov ekran həyatı verib. 

"Bir il idi ki, "Retrock” albomu üzərində çalışırdıq. Bu duet də həmin albomda yer alıb. Çox şadam ki, dəyərli sənətkarımızla işbirliyimiz oldu”- deyə Mərdan bildirib. 

Qeyd edək ki, "Unuda bilmirəm” Mərdan Kazımovun  "RETROCK” albomunda yer alıb.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.