"Özümü onun yanında daha rahat hiss edirəm" - Cennifer Lopez

Məşhur müğənni və aktrisa Cennifer Lopez əri Ben Affleklə bağlı açıqlamalar verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 16 iyul 2022-ci ildə Las-Veqasda sadə bir mərasimlə evlənən Cennifer Lopez və Ben Afflek xoşbəxt münasibətləri ilə daim adlarından söz etdirirlər.
"Vogue” jurnalına danışan Cennifer Lopez Ben Affleklə birlikdə olmağın ona özünü heç vaxt olmadığı qədər gözəl hiss etdirdiyini bildirib: "Özümü onun yanında daha rahat hiss edirəm. Həyatımın hər anını peşman olmadan yaşadığım bir mərhələdəyəm”.
Qeyd edək ki, evvləndikləri gündən bəri cütlük tez-tez birlikdə tədbirlərə qatılır və bir-birləri haqqında romantik açıqlamalar verir.
OXŞAR XƏBƏRLƏR