Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tarix Əliyev Samirəni qınadı: “Düşünmədin ki, oğluna kimsə deyər anan…”

Tarix Əliyev Samirəni qınadı: “Düşünmədin ki, oğluna kimsə deyər anan…”

Tarix Əliyev Samirəni qınadı: “Düşünmədin ki, oğluna kimsə deyər anan…”
2023-11-14 , 16:55

Aparıcı prodüser Tarix Əliyev ARB televiziyasında yayımlanan "Elgizlə izlə” verilişinə telefonla qatılıb.


AZXEBER.COM xəbər verir ki, o, meyxanaçı Samirənin rəqsi ilə bağlı davam edən söz-söhbətə reaksiya bildirib:
"Mən dünəndən bu məsələni izləyirəm. Samirəyə də çox böyük hörmətim var, Moskvada toylarda olmuşuq. Amma bu sözümə görə məndən heç kəs inciməsin. Burada bir məsələ var ki, şou biznesi məndən, Elgizdən yaxşı heç kim bilmir. Burdan Nazilə Səfərliyə də deyim ki, sən Samirəni müdafiə edirsən. Bəs Fatimə sənə bir kəlmə söz demişdi, getdin onu məhkəməyə verdin ki, mənim özümdən böyük oğlanlarım var, sabah oğluma deyərlər anan rəqqasəlik edib, o da cinayət törədər. Samirənin də özündən böyük oğlu var da. Bəs o düşünmür ki, onun oğlunu sevməyən biri qayıdar ona deyər ki, anan nə yaxşı Cenifer Lopez kimi rəqs edirdi, o da onu orda vurar?”

Daha sonra aparıcı Samirəyə dəstək verən həmkarlarını səmimiyyətsizlikdə günahlandırıb:

"Mən Samirənin qeyrətinə, namusuna bələdəm. Amma maraqlıdır ki, qıraqdan hər şey gözəl görünür. Sənə kənarda əcəb eləmisən deyənlər efirdə heç səni dəstəkləmir. Niyə bir adam yığıb demir ki, yaxşı eləmisən. Yalandan niyə Samirəyə dəstək verirsiz? Amma kənarda arxasınca danışırsınız. Guya onun toyu artdı, məclisi artdı, yox! Buna haqq qazandırmaq olmaz”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.