Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xuraman Şuşalı: “Getdiyim qadın məclislərində xanımlar içki içirlər”

Xuraman Şuşalı: “Getdiyim qadın məclislərində xanımlar içki içirlər”

Xuraman Şuşalı: “Getdiyim qadın məclislərində xanımlar içki içirlər”
2023-11-15 , 17:55

Müğənni Xuraman Şuşalı açıqlaması ilə gündəmə gəlib. 

Yenilik.az Bizim.media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində iştirak etdiyi bəzi qadın məclislərində xanımlar alkoqol içdiyini bildirib. 
“İslam dini deyir ki, icki məclislərinə getmək haramdır. İçki və içki məclislərinə xidmət etmək haramdır. Məsələn, 10 il bundan əvvəl 5000 manata toylara gedirdim. İslama gəldikdən sonra, başımı bağladım və içki məclislərinə deyil, yalnız qadın məclislərinə yarı qiymətə getməyə başladım.
Lakin indi bütün xanım məclislərinə, bura aid edə bilmərəm, amma bəzi məclislərdə xanımlar içki içirlər. Onda mən 5000 deyil, yarı qiymətə 2500 manata içki məclisinə xidmət edirəm?” – deyə Xuraman vurğulayıb. 
İlahiyyatçı Elşad Miri isə Xuramanın bu sualına “Məni bu verilişə dəvət ediblər. Mən də gəlmişəm. Burada da kimsə içki içdi, mən günahamı girəcəyəm? Təbii ki, yox”, - deyə cavabını verib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.