Yenilik.Az
www.Yenilik.Az » Maqazin » İsa Şükürovdan Elnarə Abdullayevaya etiraz: ”Siz göstərici vahidi deyilsiniz”

İsa Şükürovdan Elnarə Abdullayevaya etiraz: ”Siz göstərici vahidi deyilsiniz”

İsa Şükürovdan Elnarə Abdullayevaya etiraz: ”Siz göstərici vahidi deyilsiniz”
2023-11-16 , 16:53

Kanal S-də yayımlanan "Xəbərin var?” verilişinin aparıcısı jurnalist İsa Şükürov Elnarə Abdullayevanın "Bütün Azərbaycan kişiləri qeyrətlidir, ortalığı qarışdıran qadınlardır” fikrinə münasibət bildirib.


Jurnalist, əməkdar artistin Azərbaycan qadınını alçaltdığını bildirib:
"Mən Elnarə xanımın bu fikri ilə heç cür razı deyiləm. Heç o özü, göstərici vahidi deyil. Bu sözü necə demək olar? Çox qıcıqlandırıcı fikirlərdir. Əgər sizə bir kişi söz atmayıbsa, bu o deməkdir ki, başqa qadınları incidən olmayıb? Axı siz göstərici ola bilməzsiniz. Əgər bir qadın bir kişi tərəfindən narahat edilirsə, demək günah qadındadır? Meşə çaqqalsız olmaz. Kamera qarşısında barmağınızı silkələyərək bunu demək nə qədər düzgündür?”
Verilişdə qonaq olan digər jurnalist Zəminə Rüstəmova da fikirlərini bölüşüb:
"Böyük müharibələrin də kökünə baxsaq orada qadın adı çəkilir. Hər bir kişinin evində qadın var. Bu sözü bütün kişilərə və ya bütün qadınlara aid etmək olmaz. Elnarə xanım istəyib Azərbaycan kişisinə jest etsin yəqin ki. Bu fikir də belə anlaşılıb. Mən də bir qadınam və bu fikirlə razı deyiləm. Qurunun oduna yaşı yandırmayın”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.