Sənətçi toy məclislərində başına gələn bəzi hadisələri bölüşüb:
“Elnarə xanım danışdıqca toy məclislərindən olan görüntülər mənim gözümün önündən keçdi. Bu yaxınlarda Krasnoyarskda toy məclisində idim, məclisdə iştirak edən 500 nəfərdən 400-ü kişi idi. Özü də musiqiçilərə yaxın oturmuşdular, ifa etdiyim yerdə bir də gördüm ki, ətrafımda 150-ə yaxın kişi rəqs edir, mən də mərkəzdə tək qalmışam. Özümü heç də pis abu-havada hiss etmədim, məni yüksək alqışlarla dəstəkləyirdilər. Hər şey insanın özündən asılıdır, məsəl var deyirlər, insanı geyiminə görə qarşıla, ağlına görə yola sal. Mən özümə cavabdehəm, istər geyimimdə, istər davranışımda düşünürəm ki, xalqın yalnız rəğbətini qazanıram və qazanacağam da.
Sizinlə bölüşdüyüm görüntülərdəki toy məclisində 700 nəfər iştirak edirdi, mən sənət yoldaşlarımla tək oxuyurdum, xanımlar da adigər tərəfdə oynayırdı, bir də gördüm ki, mahnı bəylərin sümüyünə düşüb və rəqs etməyə başlayıblar, dörd bir tərəfimdə bəy əfəndilər oynayır. Sözümün canı odur ki, bu cür vəziyyət məni narahat etmir, çünki aslanın erkəyi, dişisi olmaz”.
A.Fərmanqızının sözlərinə görə, acıdil olması bəzi məqamlarda məclislərdə işinə yarayır:
“Toy məclislərində başımıza çox əhavalatlar gəlir. Bu yaxınlarda Surqutda toyda idim, bir kişi mənə yaxınlaşıb dedi ki, olarmı sizin nömrənizi götürək toya dəvət etmək üçün? Dedim niyə olmur? Nömrəni verəndə gördüm kişi arxasındakı kişiyə boylanıb deyir ki, “Gəl də”. Sonra mənə dedi ki, əslində nömrə onlara lazımdır, bu yaxınlarda qızınən toyu olacaq, dəvət etmək istəyir, amma sizdən qorxur.
Yəni mən bu cür imic qazanmışam, hər kəs özünə cavabdehdir. Mənim bir az acıdil olmağım əslində sənətimdə kömək olur. Bəzən məclislərdə içib özünü apara bilməyən insanlar olur, belə olan halda bu xasiyyətim köməyimə gəlir. İçki məclisidir, bəzən sərxoş olub özünü apara bilməyən kişilər olur, həmin dəqiqə xasiyyətimin acı tərəfini işə salıram və hər şey yoluna düşür, nə toyda problem yaranır, nə də özümə və həmin şəxsə qarşı. Bir az sərt olmağın da yeri var, elə adam var ki. sənin mülayimliyindən sui-istifadə edir, bu məqamda sərtliyi işə salmalısan”.