"Siz Nailə İslamzadə, Leyla deyilsiniz" - Nazilədən Rövşanəyə

Şair Nazilə Səfərli aparıcı Rövşanə Ağasəfqızını tənqid edib.
Nazilə paylaşdığı videoda Rövşanənin xanəndəni təhqir etdiyini bildirib:
"Rövşanə xanım, xətrinizə dəyməsin, sizin verilişinizə gəlməzdən əvvəl insan bir az düşünməlidir ki, gedim, yoxsa getməyim. Şəxsi həyatını paylaşmaq istəməyn bir insana deyirsiniz ki, siz Sibel Can, Hülya Avşar deyilsiniz. Xoşunuza gələr sizə deyilsin ki, siz Larri Kinq, Opra Uinfri, Aydan Öndər, Elif Güvendik, Nailə İslamzadə, Lamiyə Ələkbərova, Leyla Quliyeva deyilsiniz. Bu nə müqayisədir? O qız niyə kimsə olmalıdır? Niyə belə yanaşırsınız? Belə düzgündür müqayisə etmək? Şəxsi fikridir, şəxsi həyatını paylaşmır. İttiham edirsə, özü cavab verəcək. İnsanları efirə çağırıb, aşağılamaqla nə etmək istəyirsiniz?".
OXŞAR XƏBƏRLƏR