Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tarkanın rekorda imza atdığı Bakı konsertindən - Fotolar/VİDEOLAR

Tarkanın rekorda imza atdığı Bakı konsertindən - Fotolar/VİDEOLAR

Tarkanın rekorda imza atdığı Bakı konsertindən - Fotolar/VİDEOLAR
2023-11-26 , 14:52

Türkiyənin meqastarı Tarkan paytaxt Bakının qonağı olub.

"Ölkə.az" xəbər verir ki, sənətçi "Baku Crystal Hall"da sevənləri qarşısında konsert proqramı ilə çıxış edib. Müğənni pərəstişkarlarına möhtəşəm gecə yaşadıb.

Tarkan səhnədə sənətə gəldiyi ilk illərdən bu günə qədər ifa etdiyi hitləri səsləndirib.Sənətçinin "Dudu", "Kuzu-kuzu", "Yap bi güzellik", "Yolla", "Beni çok sev", "Kedi gibi", "Şımarık", "Çok ağladım", "Öp", "Adımı kalbine yaz", "Hepsi senin", "İşim olmaz", "Verme", "Bekle" kimi mahnıları fanatlarını coşdurub. Yadda qalan gecədə pərəstişkarları Tarkanın bütün ifalarını onunla birlikdə səsləndirərək əyləniblər.
Qeyd edək ki, Tarkan Bakı konserti ilə rekorda imza atıb. Belə ki, sənətçinin paytaxtımızda ötən gün baş tutan konserti üçün 18 000-dən çox bileti satılıb. Fanatları onu görmək üçün 70-350 AZN-lərindən keçməli olublar.Xatırladaq ki, türkiyəli meqastar ayrı-ayrı vaxtlarda Bakıda solo konsertlə çıxış edib. Meqastar 2004-cü ildə Tofiq Bəhramov adına Respublika Stadionunda, 2008-ci ildə “Yaşlı Teatr”da, 2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində sevənlərinin qarşısına çıxıb.
Konsertə görə Bakıda böyük tıxac yaranıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.