Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Bu, fəlakətdir, qarşısını almaq lazımdır"

"Bu, fəlakətdir, qarşısını almaq lazımdır"

2023-11-27 , 15:54

Əməkdar artist Kubra Əliyeva və aparıcı Elgiz Əkbər son vaxtlar artan boşanma sayından danışıb. 

Elgiz verilişində bunları söyləyib:
"Çox təəssüf edirəm ki, bir çoxları ailə məsələsinə barmaqarası baxır. Ortada dəhşətli rəqəmlər var. Fəlakətdir. Əvvəl ənənələrimiz var idi. İndi evlənmək çox asan olub. Əvvəl oğlan əsgərliyə getməli, əli çörəyə çatmalı idi. O vaxt 25 yaşda evlənmək nə idi? 28-29 yaş, qızlar universiteti bitirməliydi. İndi qız 30 yaşda ərə gedəndə nələr deyirlər. İndi evlənmək olub iki vur iki. Əvvəl qıza hədiyyələr verilirdi. Əziyyət çəkib qıza hədiyyələr gətirir. Sonra başladılar ki, bu nə adətdir. Yox, gətirdiyinin qiymətini bilirsən. Deyirsən, nə qədər əziyyət çəkmişəm".
K.Əliyeva isə məsələ ilə bağlı "Ayrılma, boşanma çoxdur. Fəlakətdir, qarşısını almaq lazımdır. Düşünmək lazımdır ki, bu nədir? Bir qızı almaq üçün bir qapıya neçə adam gedirdi" sözlərini əlavə edib. (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.