Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nigar: "Övladımı heç bir kişiyə, pula, ərə dəyişmərəm"

Nigar: "Övladımı heç bir kişiyə, pula, ərə dəyişmərəm"

Nigar: 
2023-12-08 , 15:42

"Sosial verilişlərdə müzakirə edilən ana-övlad mövzuları çox üzücüdür. Övlad və ana həyatımızdakı əvəzolunmaz varlıqlardır. Ər tapılar, ev tapılar amma ana bir dənədir, övlad da”.


Bu sözləri əməkdar artist Nigar Şabanova AZXEBER.COM-a açıqlamasında deyib.
İllərlə ana olmaq arzusu ilə yaşayan qadınların nələr çəkdiyini yaxşı bildiyini vurğulayan əməkdar artist, övladını atıb gedən qadınları sərt tənqid edib:

"Bir övlada sahib olmaq üçün illərlə gözünü kor edənlər var. Hardasa gəzəndə hamilə qadın görəndə mənim kimi gözünün yaşını axıdan, amma dua da edən o qədər qadınlar var ki? Necə ər üçün, keyf üçün övladınızı atıb gedə bilirsiniz? Bu gün kanallarımızda olan bu mövzular çox acınacaqlıdır. Allah analığı hər insana nəsib eləmir, ana olan şəxs onun dəyərini bilməlidir. Bəzi qadınlar var, Allah onlara övlad verir, sınaq kimi. Deyir bəlkə yolunu dəyişər, imanını dəyişər. Amma yox, o qadın uşağı aparır  atır uşaq evinə, eyş-işrət yaşayır. Nə vaxt ki, qocalır, xəstələnir, əldən düşür, heç kimə lazım olmayanda övlad axtarır ki, sabah öləndə ortada qalmasın”.

Müğənni övlad mövzusunun onunu üçün toxunulmaz olduğunu da deyib:

"Bətnində necə böyüdüyünü hiss etdiyin bir canı, necə qoyub getmək olar? Ər, pul, sevgili üçün bunu etməyə dəyməz. Heç bir kişi üçün qız uşağımdan vaz keçmərəm. Uşağa yemək verdinsə, bu baxmaq deyil. Bu sənin borcundur. Dünyaya gətirmisənsə baxmalısan. Sən ac yatmalısan amma o tox olmalıdır. Amma sevgi verməlisən. Uşaq evdə nəyisə qıranda bəzən elə olur ki, az qalırlar uşağı öldürsünlər. Allah Nəfisənin canını sağ eləsin, kaş ki, Allah mənə cüt-cüt övladlar verəydi, onlar nə istəsələr sındıraydılar. Nəfisə də sındırıb, üzünə baxıb gülmüşəm ki, stress yaşamasın. Demişəm yaxşı eləmisən. Çünki onun bir damla göz yaşı Allaha gələcəkdə hesab verməkdir. Övladınızı qurban etməyin. Onun üçün dağılan ailələr var, canına qıyan qadınlar var, bunlar reallıqdır. Evdə damın altında təkliyinə sığınıb ürəyi partlayan qadınlar var. Mənim üçün dünyada anam və atamdan sonra ən dəyərli şey övladımdır. Onların bir teli üçün çox şeyləri qurban eləmişəm, bundan sonra da edəcəyəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.