Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Rəşad Dağlının qətldən əvvəl bıçaq aldığı görüntülər - VİDEO

Rəşad Dağlının qətldən əvvəl bıçaq aldığı görüntülər - VİDEO

Rəşad Dağlının qətldən əvvəl bıçaq aldığı görüntülər - VİDEO
2023-12-14 , 17:23

Meyxanaçı Rəşad Dağlı qətl törətmək üçün mağazadan bıçaq alanda kameralara düşüb. 

 
Yenilik.az xəbər verir ki, Lent.az həmin görüntüləri əldə edib.
 
Görüntülərdən belə məlum olur ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da gecə saat 04 radələrində mağazaya daxil olur. Mağazada vitrindəki bıçağı seçən meyxanaçı pulunu ödəyərək oranı tərk edir.  
 
İstintaq zamanı dindirilən Rəşad Dağlı bildirib ki, İsgəndər Mehdiyevlə görüşə gedərkən Bakı-Sumqayıt yolunda siqaret almaq üçün mağazaya girib. Siqaret alanda görüb ki, kassa olan masanın üstündə bıçaqlar var:
“İskəndərin «boş gəlmə» sözü yadıma düşdü. Bıçağı aldım və maşına əyləşib İskəndərin yaşadığı evin qarşısına gəldim”.  
 
Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirib. Hadisədən sonar meyxanaçı könüllü olaraq polisə təslim olub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsin hokum ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.