Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aqşin Fatehdən onu sevdiyini deyən qadına: "Nənəm yaşdadır"

Aqşin Fatehdən onu sevdiyini deyən qadına: "Nənəm yaşdadır"

Aqşin Fatehdən onu sevdiyini deyən qadına: 
2023-12-21 , 16:55

"Səni axtarıram" verilişinə gələn yaşlı qadın meyxanaçı Aqşin Fatehi sevdiyini, onunla görüşmək istədiyini deyib.

İfaçı ötən gün efirə zəng edərək, qadına irad bildirib:
"Ailəliyəm 4 övladım var. Sosial şəbəkədən gördüm, videonu dostlarım mənə göndərib. Nə deyim? Nənəm yaşında qadındır. Çıxıb efirə ki, Aqşini sevirəm. Onun bir yaxını, ailəsində kişi varsa götürsün gəlsin oturaq. Danışaq görək nə istəyir".
Aqşin əlavə edib ki, qadın onun restoranına gələrək, onu öpməyə çalışıb:
"Dəfələrlə bizim iş yerinə gəlib, işçiləri narahat edib. Restoranıma gəlib, camaatın içində gəlib üzümdən öpüb. Başa düşmürəm nə edir. Deyirəm, anam, gəl oturaq görək dərdin nədir. Cibinə pul da qoyulub, yemək də verilib".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.