Aqşin Fatehdən Namiqə atmaca: “O, daha meyxanaçı deyil”

"Rəngarəng səhər” verilişində qonaq olan Aqşin Fateh meyxana sənətində ustad saydığı həmkarları ilə bağlı verilən sualı cavablandırıb.
"Əsl söz ustadı olan meyxanaçılarımız var. Ruslan, Mehdi, Pərvizin özü. Çox ad çəkə bilərəm”.
Aparıcının " bəs Namiq Qaraçuxurlu?” sualına Aqşin Fatehin cavabı gecikməyib:
"Ona görə Namiqin adını çəkmədim ki, o, daha söz demir. Əvvəllər meyxanada görürdük onu, daha yoxdur. O, öz yolunu dəyişib artıq”.
OXŞAR XƏBƏRLƏR