Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zümrüdün fikirləri Zauru özündən çıxardı: “Onun bu sözlərindən havalandım” 

Zümrüdün fikirləri Zauru özündən çıxardı: “Onun bu sözlərindən havalandım” 

Zümrüdün fikirləri Zauru özündən çıxardı: “Onun bu sözlərindən havalandım” 
2023-12-21 , 17:17

Aparıcı Zümrüd Bədəlovanın “Bir kişinin yanınızdan getməsini istəyirsinizsə, onu həddindən artıq sevin, dəyər verin, hər şeyin ən gözəlini ona təklif edin, xəyanət etməyin, aldatmayın, sadiq qalın. Belə etsəniz, kişi özü çıxıb gedəcək. Kişilər onları sevən, sadiq olan xanımları tərk edib, gedirlər” fikirləri qalmaqala səbəb olub.

Yenilik.az Bizim.Media-ya istinadla xəbər verir ki, aparıcı Zaur Nəbioğlu qonaq olduğu “Tarixin bir günü” verilişində həmkarının bu sözlərini sərt şəkildə tənqid edib.
“Bu xanımın bu cür fikir səsləndirməsi çox ayıbdır. Bu nə deməkdir, axı?! Siz efirdə nəyi təbliğ edirsiniz? Öz verilişimdə hər şeydən danışıram. Amma müəyyən məsələlər var ki, o haqda danışmıram. Bəzi insanları qınayırıq ki, onların nələrisə yoxdur, amma danışırlar. Bu fikirləri gördüm, havalandım. Bir xanım necə deyə bilər ki, əgər kişinizin yanınızdan getməsini istəyirsinizsə, ona sadiq olun və xəyanət etməyin. Axı bu nə açıqlamadır?!
Zümrüdün xanımlığına və aparıcılığına sözüm yoxdur. Bəlkə də Zümrüd belə demək istəməyib, amma onun sözlərindən belə çıxdı ki, kişilərinizi yanınızda saxlamaq istəmirsinizsə, ona sadiq olun”. Demək saxlamaq üçün sadiq olmaq lazım deyil. Axı, bu nə deməkdir?!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.