Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Sevda Yahyayevadan nəvəm üçün bilet istədim, vermədi”

“Sevda Yahyayevadan nəvəm üçün bilet istədim, vermədi”

“Sevda Yahyayevadan nəvəm üçün bilet istədim, vermədi”
2023-12-26 , 16:16

Əməkdar artist Cavanşir Məmmədov müğənni Sevda Yahyayeva ilə aralarında yaşanan mübahisədən danışıb. 

Axşam.az xəbər verir ki, bu haqda müğənni "7 tamam" verilişində danışıb.
Məmmədov bildirib ki, illər əvvəl Heydər Əliyev Sarayında konsert edən Yahyayevadan nəvəsi və xanımı üçün bilet istəsə də, o, zənglərə cavab verməyib:
"Qara retro tərzində avtomobilim var. İllər əvvəl Sevda Yahyayeva məndən xahiş etdi ki, o maşınla klip çəkdirmək istəyirəm. Pulunu da vermək istəyirdi. Dedim ki, pul söhbəti eləmə.
Maşını da başqa insana verə bilməzdim sürməyə. Özüm getdim, deməli gündüz saat 12:00-dan gecə saat 00:00-a qədər dayandım əsgər kimi maşının yanında. Klip çəkilib qutardı, "çox sağ olun", "heç zaman unutmaram", belə belə...
Üstündən 6-7 ay keçdi və Sevdanın Heydər Əliyev Sarayında konserti oldu. Həmin o nişanlanan nəvəm söylədi ki, “Sevda bilet verər gələcək nişanlım və anamla gedək konsertə?”. Üç ədəd bilet... Mən də ürəklə dedim ki, bu insana kömək etmişəm. Zəng elədim Sevdaya, söylədi ki, narahat olmayın. Dedim ki, hara desəniz adam göndərərəm bileti götürməyə. Konsertə bir gün qalmış nəvəm sual verdi ki, baba, bilet nə oldu? Cavab verdim ki, ola bilər başı qarışıq olsun. Yenidən təkrar ona zəng eləsəm də, telefona cavab vermədi". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.