Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aygün Bəylərin nəşinin Bakıya gətirilməsi niyə yubanır? - VİDEO

Aygün Bəylərin nəşinin Bakıya gətirilməsi niyə yubanır? - VİDEO

Aygün Bəylərin nəşinin Bakıya gətirilməsi niyə yubanır? - VİDEO
2024-01-07 , 15:11

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşinin bu gün Bakıya gətiriləcəyi planlaşdırılır.

 
Yenilik.az xəbər verir ki, bu barədə BAKU TV-yə Əməkdar artistin yaxınları bildiriblər.
 
Onlar qeyd edib ki, sənətçi dünyasını Türkiyədə dəyişdiyinə görə sənədləşmə prosesi uzun çəkir. Bu səbəbdən cənazənin ölkəyə gətirilməsi yubanır.
"Sənədləşmə işləri həll olunan kimi Əməkdar artistin nəşi Türkiyəyə göndərilən xüsusi təyyarə ilə Bakıya yola düşəcək”.  

Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) bu gecə Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.