Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Vəfanın prodüseri Ülviyyəni məhkəmə ilə hədələdi

Vəfanın prodüseri Ülviyyəni məhkəmə ilə hədələdi

Vəfanın prodüseri Ülviyyəni məhkəmə ilə hədələdi
2024-01-19 , 16:07

Ülviyyə Namazova və Vəfa Şərifova arasında qalmaqal səngimək bilmir.

 
AZXEBER.COM xəbər verir ki, ilk olaraq geyim üstündə sözləri çəp gələn müğənnilər hər fürsətdə bir birini tənqid etməyə davam edir.
ATV telekanalında "Rəngarəng səhər" verilişində qonaq olan Ülviyyə Namazova Vəfa Şərifovanın ünvanına sərt  sözlər səsləndirib:
 
"Sən mebel dükanında mebel satmısan. Sonra gəlib buralara çatmısan. Hal-hazırda heç bir mahnın tutmur, toylarda oxunmur. Amma zamanında məni sima olaraq tanımasalar da, mahılarım dillər əzbəri idi bütün el şənliklərində. Pul vurub "youtube"da mahnını 10 gün trend etməklə heçnə olmur. Bunu bütün peşəkarlar bilir ki, pulla edirsiz. Amma mənim "Qoşa çinarlar" mahnım 30 milyon baxış yığıb, bir manat da pul verməmişəm. Özünü məndən üstün tuta bilməzsən. "Dağlar oğlu" da onun mahnısı deyil, o oxuyana qədər mahnı artıq özünü tutmuşdu Afət Fərmanqızı ilə".
 
Xatırladaq ki, zamanında dost olan ikili arasında qalmaqal geyim üstündə düşüb. Hər iki xanımın eyni mağazadan geyinməsi və Vəfa Şərifovanın mağazaya Ülviyyəyə geyim verməməyi tənbehləməsi həmkarlar arsında söz-söhbətə səbəb olub. Ülviyyənin sözlərinə görə Vəfanın prodüseri Mikayıl Hüseynov (Mika.red )Ülviyyəni məhkəməyə verəcəyi ilə hədələyib. Ülviyyə isə Vəfanın ona qarşı olan bu münasibətini, Şəbnəm Tovuzlu ilə dost olması ilə əlaqələndirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.