Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Mediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublar-FOTOLAR

Mediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublar-FOTOLAR

Mediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublar-FOTOLAR
2023-12-18 , 22:51

Mediasiya Şurasının üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialında olublar.

Burada mediatorlara “DOST Evi”nin fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, “DOST Evi” sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcılıq potensialının inkişafına, onların rifahının yaxşılaşdırılmasına xidmət edərək, bölgədə milli sənətkarlığın inkişafı istiqamətində də mühüm rol oynayır.
“DOST Evi”nin bölgədə müvafiq peşə hazırlığı kursları üçün təlim bazası rolu oynamaqla yanaşı, özünüməşğulluq layihələrinin icrasına da dəstək olması barədə məlumat verilib.
Qonaqlar 10 yaradıcılıq istiqaməti üzrə 6 emalatxanada həssas kateqoriyalardan olan şəxslər üçün yaradılmış şəraitlə tanış olublar.
Mediatorlar Sərgi və Satış Mərkəzində olub, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının və təlimçilərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Mediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublarMediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublarMediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublarMediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublarMediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublarMediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublarMediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublarMediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublarMediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublarMediasiya Şurasının üzvləri İsmayıllı “DOST Evi”ndə olublar




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.