Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “O qadını maşında döymüşdüm” – Şəbnəm

“O qadını maşında döymüşdüm” – Şəbnəm

“O qadını maşında döymüşdüm” – Şəbnəm
2024-02-01 , 17:11

Müğənni Şəbnəm Qəhrəmanova həmcinsinə əl qaldıraraq, onu döyüb.

Yenilik.az bizim.media-ya istinadla xəbər verir ki, bu barədə o, "Gül kimi şou" verilişində danışıb.  
Şəbnəm bunu Türkan Vəlizadəyə görə etdiyini deyib: 
"Əvvəllər mən çox dava edirdim. Amma indi dalaşqan deyiləm. Çünki axırı yaxşı olmur. Söhbət qalmaqaldan yox, bildiyiniz əlbəyaxa dalaşmaqdan gedir. Özümə qadağa qoydum ki, heç kimlə dalaşmayacağam. Mənim üçün çox pis bitir. Ağlayırdım ki, mən niyə ona əl qaldırıb döydüm.
Gücüm yaxşıdır. Zamanında olub ki, bir insanı döymüşəm. Bir xanım Türkan Vəlizadənin xətrinə dəymişdi. Onu çox pis döymüşəm. Ondan sonra çox pis olmuşdum. Bir xanımı elə döyməməli idim. Amma o da yerini bilməmişdi və Türkanın çox pis xətrinə dəymişdi. Türkan hamıya sataşırdı və rahat idi ki, mən yanındayam.
O döyülmək hadisəsi isə avtomobildə baş verib. Həmin xanımı maşının içində döymüşdüm. Türkan isə məni qoyub qaçmışdı.
Çox sevdiyim insanlara qarşı çox həssas oluram. Onları incidən insan zərrə qədər gözümdə olmur".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.