Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Rəqsanə əməliyyat olunacaq

Rəqsanə əməliyyat olunacaq

Rəqsanə əməliyyat olunacaq
2024-02-06 , 16:40

Müğənni Rəqsanə İsmayılova qızı Aysunun toyuna hazırlaşdığını bildirib. Bu barədə məlumat sosial şəbəkədə yayılıb. Lakin müğənninin hazırlığı bir qədər fərqli xarakter daşıyır.

O, saç qaynaqlarını sökdürüb yenidən yeni saçlar taxdıracağını, üzündə və bədənində estetik əməliyyatlar etdirəcəyini bildirib.
“Bu həkimin növbəsinə düşmək çətin idi. Axır ki, növbə mənə çatdı. Üzümü “Kamaz”la dartdırmayacam. Amma üzümdə və bədənimdə estetik əməliyyatlar olacaq. 90 dərəcə dəyişəcəm”, - deyə Rəqsanə İsmayılova qeyd edib.
Qeyd edək ki, müğənninin qızı Aysunun yanvar ayında toyu olmalıydı. (lent.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.