Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ebru Gündeş Dubayda iş adamı ilə evləndi

Ebru Gündeş Dubayda iş adamı ilə evləndi

Ebru Gündeş Dubayda iş adamı ilə evləndi
2024-02-27 , 17:09

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş evlənib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, iş adamı Murat Özdemirlə ailə həyatı qurub.
2023-cü ilin dekabrından münasibətdə olan cütlük bu gün Dubaydakı Baş Konsulluqda sadə mərasimlə nikaha giriblər.
Məlumata görə, onlar iki il əvvəl tanış olublar. Ebru Gündeş o zaman Selin Kabaklı ilə evli olan Murat Özdemirə heç bir emosional yaxınlıq göstərməyib. Evliliyində problemlər yaşayan Özdemir Gündeşlə maraqlanmağa başlayıb və sənətçini yaxından izləyib. İş adamı müğənninin çıxış etdiyi məkanlara gedərək onu ön cərgədən izləyib. 2022-ci ilin iyulunda rəsmi şəkildə ayrıldıqdan sonra Özdemir yenidən Gündeşə olan hisslərini dilə gətirib.
Ebru Gündeşdən 12 yaş kiçik olan 37 yaşlı Murat Özdemirin Dubayda şirkəti var. Gündeş də qızının təhsili üçün Dubayda yaşayır və işi ilə bağlı mütəmadi Türkiyəyə gəlib-gedir.
Qeyd edək ki, Özdemirin ilk evliliyindən 2, ikincidən isə 1 övladı var.
E. Gündeş buna qədər üç dəfə ailəli olub. Onun ilk evliliyi 16 yaşında ikən Hamdi Vardarla, ikinci evliliyi isə 2002-ci ildə vəkil Ömer Durakla olub. Müğənni 2010-cu ildə cənubi azərbaycanlı iş adamı Rza Zərrabla ailə həyatı qurub, bir övladı dünyaya gəlib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.