Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nadir Qafarzadə: Ərəblər evimi pis günə qoydular, bir saat ağladım

Nadir Qafarzadə: Ərəblər evimi pis günə qoydular, bir saat ağladım

Nadir Qafarzadə: Ərəblər evimi pis günə qoydular, bir saat ağladım
2024-04-09 , 15:23

Müğənni Nadir Qafarzadə Türkiyədəki evini satmasının səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi verilişlərin birində danışıb:
“Türkiyədəki evimi satmışam. O vaxt həvəslə almışdıq, amma gedən olmadı. Kirayə üçün şirkətlərin birinə verdik, onlar da ərəblərə icarəyə vermişdilər. Evimi təhvil almağa getmişdim, içəri girəndə dizimi yerə qoyub, bir saat ağladım. Evi pis günə qoymuşdular. Bilmədim nə edim, ustalar çağırdım və yenidən düzəltdirdim. Orada da hər şey bahadır.
Divardakı şəkilləri çıxartmışdılar, mətbəxi, hamamı pis günə qoymuşdular. Başqa ölkə olduğu üçün dərdimi də deyə bilmirdim. Ona görə də acığa düşdüm, dəyər-dəyməzinə satdım. Dedim ki, pulunuz mənə lazım deyil, kim birinci gəlsə, ona verəcəyəm. Ona görə də 31-ci mərtəbədəki 165 kvadratlıq evimi satdım”.
Qeyd edək ki, sənətçi 2013-cü ildə Türkiyədəki evi üçün 300 min manat xərc çəkdiyini açıqlamışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.